Bakıdan İstanbula uçan təyyarə Ankarada endi

Sabiha Gökçən aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Eyrveys”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.

Aviaşirkətdən Milletinsesi.az-a bildirilib ki, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib. Sabiha Gökçən aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

***

Bakı vaxtı ilə saat 14:00-da təyyarə Esenboğa aeroportundan İstanbulun yeni hava limanına yola düşüb.

Şikətdən verilən məlumata görə, Sabiha Gökçən aeroportundan Bakıya uçmalı olan sərnişinlər avtobuslar vasitəsilə İstanbulun yeni hava limanına çatdırılıb və yola düşməyə hazırlaşırlar.

 

Share: