Bakıdan Parisə uçuşlar bərpa olunur

Bakıdan Parisə uçuşlar bərpa olunur

“Azərbaycan Hava Yolları” QSC (AZAL) mayın 9-dan Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edəcək.

 

Bu barədə Modern.az-a səhmdar cəmiyyətindən bildirilib.

 

Məlumata görə, aviareyslər həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

 

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür.

Mənbə

Share: