Bakının bəzi yollarında tıxac var

Bakının bəzi yollarında tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);

2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;

3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

5. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Share: