Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən bildirilib ki, magistral kəmərlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yanvarın 22-də gün ərzində Suraxanı rayonu Hövsan kəndi, Bahar və Qum adası yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.