Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Bu barədə Milletinsesi.az-a Azərsu ASC-dən bildirilib.
Məlumata görə, məhdudiyyət magistral su xəttində baş vermiş qəza ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.