Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilir.
Azərsu ASC-dən Milletinsesi.az-a verilən məlumata görə, bununla əlaqədar 19 dekabr 2019-cu il tarixində gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.