Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Bu gün Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar 27 may səhər saatlarından axşam saatlarınadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.

Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Share: