Bakıya erməniləri gətirənlər haqda bir-iki kəlmə..

Ermənilərin nə jurnalistinin, nə idmançısının ölkəmizə hər hansı səfəri qəbul edilməzdir. İllərdir xalqımıza qarşı törətdikləri vəhşilikləri unutdurmaq istəyənlər bilməlidirlər ki, onlar heç vaxt münasibətlərində səmimi olmayıblar və olmayacaqlar da.. Erməniləri  qonaq qismində qəbul edənlər minlərlə şəhidimizin ruhuna hörmətsizlik edirlər. Onların nəzərinə  hazırda Livanda məskunlaşmış, yazıçı-jurnalist David Xerdiyanın Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə yazmasını xatırlatmaq istərdim.

“Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından  müəllif yazır:

“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”…

Belə faktlar yüzlərlə, minlərlədir..

Ermənilər gəlib Bakıdakı inkişafı görüb, onların  işğal etdikləri Qarabağ və ətrafyanı rayonlarımızda məhv etdikləri tarixi abidələrimizlə müqayisə edəcəklər? Yoxsa donuz saxladıqları məscidlərimiz, viran qoyduqları qəbir daşlarımızda yazacaqlar ki, Bakı Bulvarı gözəldir? Bəlkə də  Paşinyanın bizim millətimiz haqda dediyi “tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib”,”Qarabağ Ermənistanındır”ifadələrini paytaxtımızda bir daha səsləndirəcəklər..

Bu günə qədər heç bir güzəşt etməyən ermənilərə edilən jest nəyə hesablanıb bilmirəm, amma  erməni jurnalistlərini  məhz bu gündə- XX əsr tariximizin ən böyük terror hadisəsinin baş verdiyi  20 noyabrda ölkəmizə dəvət edənləri, onlara vaxt ayıranları bu millətdən hesab etmirəm.. 20 noyabr 1991-ci ildə Azərbaycanın  vətənpərvər dövlət xadimlərinin vertolyotda məhv edilməsi xalqımız üçün böyük  faciələrdən  biri oldu.
Biz  tarixi unutmamalıyıq…  Hər gün şəhid veririk..Hər şəhidin bədənində erməni gülləsi var.. Necə, hansı vicdan və əqidə ilə qatillərlə bir araya gəlirsiz?

Dünya ictimaiyyətinə bizim tarixi torpaqlarımızı həyasızcasına özlərinin hesab edənlərin ,hər gün millətimizin dəyərli ovladlarını xain güləyə tuşlayanların  qələm əhlini yüksək səviyyədə qarşılamaq və onlara süfrə açmaq sadəcə ermənizimə xidmət etməkdən başqa bir şey deyil..

Tanınmış jurnalistimiz Bahəddi Həzi də erməni dığalarının görüşünə gedənləri bilərəkdən növbəyə düzüb, təhqir edənlər haqqında öz feysbuk səhifəsində yazıb:

“Ermənilər Bakıda mahnı oxuya-oxuya dik gəzir. Bizi – Azərbaycan jurnalistlərini isə Bakı Konqres Mərkəzində başdan-ayağa yoxlayırlar. Sanki terrorçudur Azərbaycan jurnalisti. BKM-in giriş qapısında bir neçə nəzarət-buraxılış postu var. Tək biri işləyir. Uzun növbə yaradıblar. Ölkənin sayılıb-seçilən adamlarını təqdimata çağırıb, sonra da növbəyə düzüb yoxlayırlar. Gənc jurnalist qızlardan birinin sənədi ilə siyahı arasında uyğunsuzluq çıxdı. Ürəyimə damdı ki, məndə də oxşar problem olacaq. Təşkilatçı mənim soyadımı səhv yazıb. Zabitlərdən biri o birinə deyir: “Buraxaq?” O da bir az düşünüb deyir: ” Bax da. Sonra problem olmasın”. Sonra minnət dolu nəzərlə mənə baxıb: “Yaxşı, qeydiyyata al, keçsin”. Dedim: “Xahiş edirəm, mənim vəsiqəmi qaytarın, mən gedirəm”. Birinci zabit duruxub, üzümə baxır. Təkidlə şəxsiyyət vəsiqəmi geri tələb edirəm. Bu tədbirdə iştirak etmək istəmədiyimi deyirəm. İkinci zabit birinciyə deyir: “Nə baxırsan, qaytar da vəsiqəni”. Bəli, budur öz millətimizə olan münasibət. Terror dövlətinin vətəndaşlarını ölkəmizdə bəh-bəhlə ağırlayanlar öz dövlətinin vətəndaşına potensial terrorçu kimi baxır. Narahat olmayın, cənablar! Bu dövləti biz qurmuşuq. Öz dövlətimizə təhlükə deyilik biz”.

Bunun adı ermənizimdi, faşizimdi onu da siz ayır edin!!

Share: