Balıq tutan şəxsi “tok” vurub öldürdü

Tovuz rayonunda balıq ovu zamanı yerli sakini elektrik cərəyanı vurub.

Millətin Səsi.az xəbər verir ki, rayonun İsakənd kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Hüseynov elektrik cərəyanı ilə balıq tutan zaman ehtiyatsızlıq edib. Bu vaxt elektrik cərəyanı onu vurub.

C.Hüseynov ağır halda xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə

Share: