Balıqçı gəmisinin batması nəticəsində 26 nəfər öldü

Honduras sahillərində nəhəng balıqçı gəmisinin batması nəticəsində 26 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, gəmidə olan balıqçılardan 47 nəfəri itkin düşüb.

Hondurasın şərqindəki Mosqvita regionunda, Karib sahillərində itkin düşmüş şəxslərin axtarışı davam edir. Bildirilir ki, hökumətin balıq ovuna məhdudiyyətləri aradan qaldırmasından sonra böyük bir heyət 70 tonluq balıqçı gəmisində dənizə çıxıb. İnsidentin səbəbi məlum deyil. Hondurasın hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırırlar.

Axtarış-əməliyyat işlərinə cəlb olunmuş Honduras ordusunun sözçüsü Xose Meza AFP xəbər agentliyinə bildirib ki, ölənlərin cəsədləri və sağ qalanlar yaxınlıqdakı Puerto Lempira şəhərinin xəstəxanasına çatdırılıb. Onun sözlərinə görə, ötən həftə həmin yerdə daha bir gəmi batıb. Həmin insident zamanı 40 nəfər xilas edilib və ölüm halları olmayıb. (Azertac)

Share: