Bank kartından oğurluqda şübhəli bilinən keçmiş məhkumlar saxlanılıb

Sumqayıtda bank kartından oğurluqda şübhəli bilinən 2 keçmiş məhkum saxlanılıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, Sumqayıt Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6 050 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: