2017-2022-ci illərdə Azərbaycanda Bank Ombudsmanına edilən müraciətlərin sayı 6 dəfədən çox azalıb.
Modern.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən “Bank mübahisələrinin uğurlu həlli yollar” mövzusunda Elmi-Praktik Konfrasında bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə müraciətlərin sayı 165 olduğu halda, 2022-ci ildə bu rəqəm 26-ya düşüb.
Z.Oruc qeyd edib ki, Bank Ombudsmanının yaradılması müsbət hadisədir: “Məhkəmə-hüquq sistemində böyük nüfuza malik bir şəxsin o quruma rəhbərlik etməsi məhkəməyə alternativ həll imkanlarının yaradılması üçün mühüm təşəbbüs sayılır. Bu il mayın 1-nə Azərbaycanda 591,8 milyon manat problemli kredit olub. Biz bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə az və yaxud çox olması üzərində dayanmayacağıq. Müvafiq dövlət və hökumət institutları nəhayət ki, yarım milyard manatdan çox olan bu borc yükü ilə bağlı birdəfəlik həlli yollarını tapsa, biz o yükü ildən-ilə ötürmərik. Bugünki müzakirələrin əsas məqsədi maliyyə mübahisələrinin sivil həlli yollarını tapmaq, ona rəvac verən sosial-iqtsadi, elacə də hüquqi problemləri ortaya çıxarmaqdır”.