
“Bank VTB Azərbaycan” növbəti dəfə depozit faizlərini azaldıb.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bank sərfəli əmanət paketi üzrə faizləri 1% azaldıb.
Belə ki, faizləri hər ay ödənilməklə 1-3 illik manat əmanətləri üzrə gəlirlilik 11%-dən 10%-ə endirilib. Faizləri müddətin sonunda ödənilməklə təklif edilən manat əmanətləri gəlirliliyi isə 11,5%-dən 10,5%-ə kimi azaldılıb.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.