Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.“Milletinsesi.az” xəbər verir ki, “Barselona” “Bavariya” ilə üz-üzə gələcək.
Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu da Luş” stadionunda baş tutacaq qarşılaşmanı Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edəcək.
Qeyd edək ki, cütün qalibi yarımfinalda “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq.
13 avqust
Çempionlar Liqası, 1/4 final
23:00. “Braselona” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Damir Skomina
Portuqaliya, Lissabon. “Eştadiu da Luş” stadionu