“Barselona” böyük məbləğdə cərimələndi

“Barselona” böyük məbləğdə cərimələndi

İspaniya La Liqası “Barselona”nı böyük məbləğdə cərimələyib.

 

Moderator.az xəbər verir ki, buna Kataloniya təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.

 

Klub 2021/2022 mövsümündə maaş limitinə riayət etmədiyi üçün 800 000 avro cərimə ödəyəcək.

 

Daha əvvəl La Liqanın prezidenti Xavyer Tebas bildirib ki, “Barselona”nı qarşıdakı mövsümlərdə də analoji cəza gözləyir.

Mənbə

Share: