Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Barselona” ilə qarşılaşacaq Kiyev “Dinamo”sunda daha 6 futbolçu koronavirusa yoluxub.
Qol.az Ukrayna klubunun rəsmi saytına istinadən xəbər verir ki, bunlar Georgi Çitaişvili, Denis Qarmaş, Mikkel Duelunn, Aleksandr Karavayev, Tudor Belutse və Nikolay Şaparenkodur.
Həmçinin, baş məşqçinin köməkçisi Emil Karasın da testi müsbət çıxıb. Yoluxanların hər biri karantinə alınıb.
Daha əvvəl isə qapıçılar Denis Boyko və Georgi Buşanla yanaşı, müdafiəçi Vitali Mikolenko da virusa yoluxduqları üçün təcrid olunmuşdular.
Qeyd edək ki, “Barselona” – “Dinamo” oyunu noyabrın 4-də keçiriləcək.