“Barselona” futbolçusu Filipp Koutinyo ilə bağlı qərarını verib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu bu yay braziliyalı yarımmüdafiəçini satmayacaq. 27 yaşlı oyunçunun agenti ilə görüşən klub nümayəndələri Koutinyonu komandada saxlamaq istədiklərini bildiriblər.
Qeyd edək ki, F.Koutinyonun PSJ-də keçəcəyi iddia olunurdu.