“Barselona” koronavirus səbəbindən A komandasının bütün aktiv fəaliyyətini müvəqqəti dayandırıb.
Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb. Tibbi heyətin məsləhətindən sonra belə bir qərar verilib.
Bu gün klubun prezidenti Jozep Bartomeu futbolçularla görüşüb. Görüşdə həkimlər koronavirusla bağlı hazırkı vəziyyət haqda futbolçulara məlumat veriliblər.