“Barselona” – “Vilyarreal” oyunu ABŞ-da – Rəsmi

“Barselona” – “Vilyarreal” oyunu ABŞ-da – Rəsmi

İspaniya La Liqasında 17-ci turunun “Barselona” – “Vilyarreal” matçının keçiriləcəyi məkan müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Sözügedən görüş ABŞ-dakı “Hard Rock Stadium”da (Mayami) təşkil olunacaq. Matç dekabrın 20-də oynanılacaq.

Bu qarşılaşma La Liqanın ölkə xaricində keçirilən ilk oyunu olacaq.

Qeyd edək ki, hazırda La Liqanın turnir cədvəlində “Barselona” `19 xalla 2-ci, “Vilyarreal” isə 16 xalla 3-cüdür.

Share: