“Barselona”da yeni hücumçu – Rəsmi

“Barselona” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Leqanes”in hücumçusu Martin Breytueytin transferini bitirib. 28 yaşlı oyunçu ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

“Barselona” bu transfer üçün danimarkalı futbolçunun təzminat qiyməti olan 18 milyon avro ödəyib. Kataloniya klubu isə ona 300 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Breytueyt bu mövsüm La Liqada 24 matçda 6 qol vurub.

Xatırladaq ki, La Liqa rəhbərliyi “Barselona”nın 15 gün ərzində yeni futbolçu almağına icazə vermişdi. Ancaq həmin oyunçu İspaniya çempionatında oynamalı idi.

Share: