“Barselona”nın futbolçusu Fransa klubuna keçib

“Barselona”nın futbolçusu Fransa klubuna keçib

İspaniyanın “Barselona” klubunun futbolçusu Samuel Umtiti ölkəsi Fransaya qayıdıb.

Kataloniyalılarla sözləşməyə xitam verən 30 yaşlı müdafiəçi “Lill” klubuna keçib.

Milli üzvü yeni komandası ilə 2 illik müqaviləni razılaşdırıb. O, “Lill”ə azad agent kimi keçib.

Qeyd edək ki, “Lion”un yetirməsi olan Samuel Umtiti 2016-cı ildə oradan “Barselona”ya keçib.

Mənbə

Share: