![](https://milletinsesi.az/wp-content/uploads/2019/09/120593.jpg)
“Barselona”nın futbolçusu Samuel Umtitinin evi qarət olunub.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə sentyabrın 14-ü baş verib. Həmin gün Kataloniya klubu La Liqanın 4-cü turunda “Valensiya” ilə (5:2) qarşılaşıb. Fransalı müdafiəçi matçda iştirak etməsə də, stadionda olub.
Hadisə ilə bağlı Umtitinin qonşuları polisə zəng vurub. Hadisə yerinə gedən polislər boş seyf aşkarlayıblar. Ən azı 4 nəfər qarətdə iştirak etdiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl “Barselona”nın futbolçusu Jordi Albanın evi qarət olunub.