
Bunu “Barut Lara Collection”nin baş direktoru Cem Karacan deyib.

O deyib ki, hoteldə qastronomiya xidmətini yeni bir mərhələyə gətirilib: “Hətta hazırda hotellər qrupunda 16 sayda pivə təklif edirik. Həmçinin, Türk rakısı, vodka, viskilərdən müxtəlif çeşidlər var. Bir çox təsis bir neçə növ içki təklif edərkən biz hər növ içki üçün 10-dan çoxunu təklif edirik. Ümumiyyətlə, hoteldə 9 restoran fəaliyyət göstərir. 9 restoranın hər birində özünə məxsus kokteylləri var. Sadəcə bu hotelə özəl olaraq düzəldilib”.
Hotel rəsmisi qeyd edib ki, bizim üçün ən önəmli bazarlar Rusiya, Azərbaycan bazarlarıdır: “Dünyanın hər yerinə ən çox səfər edən turistlər Azərbaycan və Rusiyadan gedən turistlərdir. Bizim üçün bu ölkələrdən olan turistlər Türkiyəyə səfər edənlərin içərisində ilk üçlükdə qərarlaşıblar. Yerli bazarda daha da gücümüzü artırırıq, ona görə də yeni konseptlər hazırlayırıq. Ona görə də daha fərqli konseptlər düşünürük. Türkiyəyə 2022-ci ildə 42 milyondan çox insan daxil olub. Bu barədə məlumatı Türkiyənin Turizm Nazirliyi yayıb. 2021-ci illə müqayisədə 43 faizlik artım var. 2022-ci ildə Rusiyadan gələn turistlər ilk sırada qərarlaşıb. Türkiyəyə 800 min Azərbaycan türkü gəlib. Ona görə də Azərbaycan bazarı bizim üçün önəmlidir”.
C. Karacan deyib ki, “Barut Hotelləri “yaranandan bəri təbiətə çox bağlı markadır. Bizim hotelimizdə heç dar bir məkan görə bilməzsiniz. Bütün hotellərin ərazisində geniş ,yaşıl yerlər var. 30-40 illik ağaclar var. Bəzi layihələr hətta bu ağaclara görə layihələndirilir. Çünki şirkətimizin rəhbərliyi bilir ki, təbiət olmazsa, turizm olmaz. Təbiəti sevmək və qorumaq kimi bir könüllük var, həm də bunun mənasını çox yaxşı dərk edirlər. Burada sənət, heyvanlar, yeraltı sərvətlərini qoruyur. Bu hotel Ağdəniz bölgəsində ilk “yaşıl energetika” sertifikatını alan bir hoteldir. Bu, bir neçə ay əvvəl reallaşıb. Turizmin həm uzun illər davam etdirilməsi üçün bu kimi addımların atılması vacibdir. Turizm təbii sərvətləri azaldan bir sektordur. Ona görə də biz bu sektorda olduqca ilk növbədə şüurlu addımlarla ilk növbədə ətraf mühitimizi qorumalıyıq. “Barut Hotel” qrupu qazancının bir qismini social layihələrdə cəmiyyətə geri verir”.
BAYOU Villasın tərkibində olan, 100-dən çox əsərin yer aldığı Lara Barut Kolleksiyası hər il keçirdiyi Müasir Sənətçilər Görüşündə rəssamlarla öz qonaqlarını bir araya gətirir. Lara Barut Kolleksiyası, 2019-cu ildə Türkiyədə gənc rəssamlarla başladığı bu unikal layihəni ənənəvi hala gətirib. O, həmçinin tədbirin beynəlxalq səviyyəyə çatdırılması üçün səylərini davam etdirir. Önümüzdəki illərdə əhatə dairəsinin genişləndirilməsi planlaşdırılan yığıncaqda dünyanın hər yerindən bir çox sənətçinin iştirak etməsi nəzərdə tutulur.

Bütün bunlarla yanaşı, oteldə xüsusi xidmətlər də mövcuddur:
İnternet – Yüksək sürətli internet xidmətindən pulsuz yararlana bilərsiniz.
Bərbər/Salon – Peşəkar mütəxəssislərin xidmət göstərdiyi bəy və qadın salonu xidmətinizdədir.
Fotoşəkil – Peşəkar fotoqraflarla ən yaxşı tətil xatirələrinizi yaşada bilərsiniz.
Müvəqqəti otaq – Yoxlandıqdan sonra bu otaqdan qısamüddətli ehtiyaclarınız üçün istifadə edə bilərsiniz.
Şəxsi Transfer – Təhlükəsiz şəkildə hava limanına və ya avtobus terminalına keçməyiniz təmin olunur.
Spa – Spa mərkəzinin imtiyazlı xidmətlərindən yararlanaraq enerjinizi yeniləyə bilərsiniz.