
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Türkiyəyə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik özünün tvitter hesabında paylaşım edib.
Sözçünün yazdıqlarına görə, Baş katib Türkiyənin Bartın şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində insan ölümündən dərin kədər hissi duyur:
“Antonio Quterreş həlak olanların ailələrinə, eləcə də Türkiyə hökumətinə və xalqına başsağlığı verir. Baş katib xəsarət alanların ən qısa zamanda tam sağalmasını diləyir”.


