Baş nazir xanımından boşandığını açıqladı…

Baş nazir xanımından boşandığını açıqladı…

Kanadanın baş naziri Castin Trüdo 18 illik evliliyindən sonra boşanıb

 

Moderator.az xəbər verir ki, hökumət başçısı bu haqda özünün “İnstaqram” hesabında açıqlama yayıb. 

 

“Sofi və mən bir çox ciddi və çətin müzakirələrdən sonra yollarımızı ayırmaq qərarına gəldiyimizi bölüşmək istərdik”, – yazıda belə deyilir.

 

C.Trüdo  qeyd edib ki, onlar “bir-birlərinə və qurduqları və quracaqları hər şeyə dərin sevgi və hörmətlə yanaşan mehriban ailə” olaraq qalmaq niyyətindədirlər.

 

Baş nazir uşaqların rahatlığı üçün onların şəxsi həyatına hörmət edilməsini xahiş edib.

 

S.Laçın

Mənbə

Share: