“Başıma gələnlər Zelenski üçün mesajdır”

“Başıma gələnlər Zelenski üçün mesajdır”

“Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl idi”.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili deyib.

 

Onun sözlərinə görə, başına gələn hadisələr Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq mesajdır:

 

“Gürcüstan hökuməti Rusiya üçün beynəlxalq sanksiyalardan yan keçmək üçün faydalı alətdir. Rusiya Prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və xarici işlər naziri onun nəinki fiziki cəhətdən məhvi, hətta həbs olunaraq Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər. Rusiyadan başqa heç bir ölkə mənə qarşı irəli sürülən ittihamları tanımayıb. Ola bilsin ki, Gürcüstana 2021-ci ilin oktyabrında qayıtmağımı planlaşdıran şəxslər Rusiyanın agentləri olub”.

Mənbə

Share: