Başını burğu ilə deşib beyninə çip yerləşdirdi…

Başını burğu ilə deşib beyninə çip yerləşdirdi…

 

“Yaxın gələcəkdə insanlar öz yuxu görmələrinə nəzarət edə və onları istədikləri tərəfə yönəldə biləcək…”

 

“İnsanlar əvvəl-axır anlayacaq ki, bizim hər şey mümkün olan dünyamız var…”

 

40 yaşlı rusiyalı tədqiqatçı Mixail Raduqa “öz yuxularına nəzarət etmək” üçün müstəqil şəkildə beyninə implant yerləşdirib.

 

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb.

 

Eyni zamanda cərrah və pasiyent rolunda olan şəxsin fikrincə, yaxın gələcəkdə insanlar öz yuxu görmələrinə nəzarət edə və onları istədikləri tərəfə yönəldə biləcək.

 

Bu yaxınlarda Rusiyadan Alma-Ataya köçən Raduqa çipi beyninə öz mənzilində yerləşdirib. Neyrocərrah ixtisası olmamasına rəğmən, yeni peyda olan “biorobot” özünün son dərəcə təhlükəli təcrübəsini Hollivudun “Başlanğıc” filminə bənzədib və iddia edib ki, zamanında onun “elektrodu” dərk edilən yuxu görmələrinin gedişini dəyişə biləcək.

 

“Bir çox insanlar üçün bu bir növ əyləncə olacaq, – tədqiqatçı deyib. – Siz bu həyatda heç nə hiss etməyən iflic vəziyyətində olan adamı təsəvvür edin, bax, biz ona hər şey mümkün olan dərk edilən yuxuya düşməsinə kömək etmək üsulunu tapırıq”.

 

Mixail Raduqa cərrahi müdaxiləyə “YouTube”-dakı çarxlar vasitəsilə, qoyunlar üzərində vərdişləri mənimsəyərək hazırlaşıb. Nəhayət, “X” günü gəlib çatıb və əməliyyat ev şətaitində adi burğudan və digər əlaltı alətlərdən istifadə edilməklə aparılıb.

 

Onun sözlərinə görə, o, kəllə sümüyünün arxa hissəsini inşaat aləti ilə deşməyə cəhd edərkən və dərini qısqacla fiksə edərkən bir litrdən artıq qan itirib. Bu zaman yaxınlarından heç kim onun planları barədə xəbərdar olmayıb.

 

“Mən əməliyyatı bitirdim, duş qəbul etdim və 10 saat dayanmadan işlədim, – Raduqa danışıb. – İnsanların məndən xəbəri olmayıb”.

 

“Tarixdə ilk dəfə olaraq biz REM-yuxu, dərk edilən yuxugörmələr və yuxu iflici zamanı baş beynin hərəki qabığının birbaşa elektrik stimulyasiyasını həyata keçirdik, – Raduqa sevincini bölüşür. – Alınan nəticələr gələcəkdə yuxugörmələrin idarə edilməsi texnlogiyaları üçün fantastik perspektivlər açır”.

 

Mixail Raduqa “Phase Researsh Center” şirkətinin təsisçısidir, heç bir tibbi təhsili yoxdur. O, yuxu iflicindən çıxma, “bədəndənkənar təcrübə” həyatı və “astral proyeksiya” barədə tövsiyyələr verir.

 

Platin və silisiumdan hazırlanan implantı beyninə yerləşdirərək, Raduqa iddia edir ki, “bir pillə yuxarıya qalxıb” və nəzarət edilən yuxugörmələr üçün indi “elektrik gücündən” istifadə edir.

 

“Mən sevinirəm ki, sağ qalmışam, amma mən ölməyə hazır olmuşam”, – o, vəziyyətiniə nəzarət etdiyini deyir.

 

Qəzet yazır ki, əməliyyatdan beş həftə keçdikdən sonra həkimlər Mixail Raduqanın kəllə sümüyündən yad cismi çıxarıb.

 

“Əvvəl-axır biz bütövlükdə anlayacağıq ki, bizim hər şey mümkün olan dünyamız var”, – Raduqa buna əmindir.

 

Oksford Universitetindən neurocərrah-məsləhətçi Aleks Qrin Mixail Raduqanın təcrübəsini son dərəcə təhlükəli adlandırıb və ona “müxtəlif fəsadlar” və yüksək dərəcədə infeksiyalaşma riski barədə xəbərdarlıq edib. 

 

O, qeyd edib ki, pasiyent insult keçirə və hətta ölə bilər, indi isə baş beyin qabığında çapıqların potensial olaraq yaranması mümkündür və bu səbəbdən onda epilepsiya inkişaf edə bilər.

Mənbə

Share: