Batumidə çoxmərtəbəli yaşayış binası YANDI

Batumidə çoxmərtəbəli yaşayış binası YANDI

Bu gün gecə saatlarında Batumidə yaşayış binasında güclü yanğın olub.

 

Modern.az xəbər verir ki, yanğın çoxmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən restoranda olub.

 

Güclü yanğın digər mərtəbələrə də keçib. Binada yaşayan sakinlər və digər yanaşı binalarda yaşayan insanlar da ərazidən təxliyə olunub.

 

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilməyib.

 

Yanğın yerinə xeyli sayda yanğınsöndürmə və xilasetmə qrupları, təcili yardım briqadaları cəlb olunub.

Mənbə

Share: