“Bavariya” karantin qaydalarını pozan futbolçusu Jerom Boatenqi cərimələyib.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verirk i, cərimənin məbləği haqda məlumat verilməyib. Ancaq həmin pulun koronavirusla mübarizə üçün şəhər xəstəxanalarına veriləcəyi vurğulanıb.
Qeyd edək ki, Boatenq karantin qaydalarını pozaraq avtomobili ilə Münhendən Leyptsiqə gedib. O, şəhərə qayıdan zaman avtomobil qəzasına düşüb.