“Bavariya” da məşqlərə başladı

Almaniya Bundesliqasının daha bir klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra məşqləri bərpa edib.

Qol.az xəbər verir ki, “Bavariya”nın futbolçuları klubun bazasında bir araya gəliblər.

Münhen təmsilçisinin üzvləri 3-4 nəfərlik qruplar şəklində məşq keçib. Oyunçular təmrinləri yerinə yetirərkən bir-biri ilə ara məsafəsi saxlayıblar.

Qeyd edək ki, daha öncə “Şalke” meydançada məşqlərə başlamışdı.

Share: