
Almaniyanln “Bavariya” futbol klubunun baş məşqçisi Yulian Nagelsmann Münhen klubunun baş məşqçisi postunu tərk edib.
Məlumata görə, onu həmyerlisi Tomas Tuxel əvəzləyib.
Tuxel klubla 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayıb və gələn bazar ertəsi ilk dəfə komandanın məşqinə rəhbərlik edəcək. Nagelsmannla birlikdə onun köməkçiləri Dino Toppmeller, Benjamin Qlyuk və Xaver Zembrod da klubdan ayrılıb.
Daha əvvəl Nagelsmannla klubdan ayrılmasına səbəb kimi komandanın DÇ-2022-dən sonra Bundesliqadakı qeyri-qənaətbəxş çıxışı, eləcə də futbolçuların ləng inkişafı göstərilib. Qətərdə keçirilən dünya çempionatından sonra “Bavariya” 9 xallıq üstünlüyünü itirib və hazırda Dortmund “Borussiya”sından bir xal geri qalaraq turnir cədvəlində ikinci yerdədir (52 xal).
Yulian Nagelsmannın baş məşqçi postundan getməsi, Münxen klubu rəhbərliyinin Tomas Tuxellə anlaşması gözlənilən idi. Daha əvvəl bildirilirdi ki, klub alman mütəxəssislə 2,5 illik müqavilə imzalayacaq.
Tuxelin son iş yeri 2022-ci ilin sentyabrında Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Dinamo Zaqreb”ə uduzduqdan (0:1) sonra vəzifəsindən uzaqlaşdırıldığı İngiltərənin “Çelsi” klubu olub. “Mavilər” Tuxellə 2020/2021 mövsümündə Çempionlar Liqasının, 2022-ci ildə isə Klublararası Dünya Kubokunun qalibi olub.