Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Tottenhem”i 7:2 hesabı ilə məğlub edən “Bavariya”nın iki futbolçusu sıradan çıxıb.
Qol.az xəbər verir ki, London klubu ilə görüşdə müdafiəçilər David Alaba və Jerom Boatenq zədələnib.
Alaba ikinci hissədə meydana daxil olmayıb. Boatenq isə qarşılaşmanın 72-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Hər iki futbolçunun son durumu tibbi mayinədən sonra bilinəcək.