Baxmut döyüşlərində “Vaqner”in 20 min üzvü ölüb

Baxmut döyüşlərində “Vaqner”in 20 min üzvü ölüb

Rusiyanın “Vaqner” muzdlu qruplaşması Baxmut uğrunda döyüşlərdə 20 min itki verib.

 

Modern.az xəbər verir ki, bu barədə qruplaşmanın lideri Yevgeni Priqojin məlumat verib.

 

O qeyd edib ki, ölənlər əsasən “Baxmut”a cəlb edilən məhbuslar olub.

 

“Əməliyyat zamanı mən 50 min məhbus seçdim, onlardan təxminən 20 faizi öldü. Müqavilə ilə bizə gələnlərlə tam eyni sayda öldülər”, – Priqojin deyib.

 

Qeyd edək ki, ABŞ Rusiyanın Bamxut uğrunda döyüşlərdə 100 min itki verdiyini bildirib.

Mənbə

Share: