Könüllü olaraq cəbhəyə yollanmış ukraynalı müfti Səid İsmayılov Baxmutda dağıdılmış məscidin fonunda Quran oxuyub.
Görüntülər qısa müddət ərzində “Telegram” kanallarında çoxlu baxış sayı yığıb.
“Bu bizim məsciddir, Ukraynanın Baxmut şəhərinin məscidi. Biz Ukraynanın müsəlmanlarıyıq və bura bizim torpağımızdır, bu isə bizim məscidimizdir”, – Səid İsmayılov Quran ayəsini oxuyub bitirəndən sonra söyləyib.