Baxtadze Nur-Sultana gedir

Baxtadze Nur-Sultana gedir

Gürcüstanın Baş naziri Mamuka Baxtadze mayın 15-də Qazaxıstana səfər edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Səfər iki gün davam edəcək. Baxtadze Qazaxıstanda prezident Qasım Jomart Tokayev, Baş nazir Əsgər Mamin və Senatın sədri Dariqa Nazarbayeva ilə görüşəcək. O həmçinin Nur Sultandakı iqtisadi forumda da iştirak edəcək.

Share: