Bayden Kiyevə getməyə qorxur

Bayden Kiyevə getməyə qorxur

Ukraynaya səfər ABŞ Prezidenti Co Baydenin planlarına daxil deyil.

 

Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Ağ evdəki mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Kiyevə səfər ilk növbədə prezidentin təhlükəsizlik riskləri səbəbindən planlaşdırılmır. Buna baxmayaraq, Bayden administrasiyası Kiyevə yardımı davam etdirir.

 

Qeyd edək ki, Baydendən fərqli olaraq, bir sıra Qərb ölkələrinin liderləri müharibə dövründə Ukraynaya səfər edərək, bu ölkəyə dəstək nümayiş etdiriblər.

Mənbə

Share: