“Putin açıq şəkildə Avropanı nüvə silahı ilə hədələyib”.
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya prezidenti Nüvə Silahlarının Yayılmaması müqaviləsinin öhdəliklərinə məhəl qoymayıb. Bayden, həmçinin vurğulayıb ki, Çin də şəffaflıq olmadan nüvə silahı əldə edir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahı ilə hədələyib. “Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik”, – Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.
Akif İsmayılov