Bayden respublikaçıları belə təbrik etdi

Bayden respublikaçıları belə təbrik etdi

ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının respublikaçı lideri Kevin Makkartini Konqresə keçirilmiş aralıq seçkilər nəticəsində yerlərin əksəriyyətini qazanması münasibətilə təbrik edib.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Baydenin bununla bağlı açıqlamasında deyilir:

“Mən Makkartini Respublikaçıların Nümayəndələr Palatasında çoxluq uğrunda mübarizədə qələbəsi münasibətilə təbrik edirəm. Və mən respublikaçı qanunvericilərlə işləməyə hazıram”.

 

Noyabrın 17-də məlum olub ki, Konqresin Nümayəndələr Palatasına keçirilmiş seçkilərdə respublikaçılar minimum tələb olunan 218 yer çoxluğunu qazanıblar. Nəticədə onlar qanunverici orqanın aşağı palatasına nəzarəti ələ keçiriblər. Demokratların 208 mandatı var, daha 9 yer bölüşdürülməyib.

Mənbə

Share: