ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Szinpin arasında yaxın həftələrdə danışıq baş tutacaq.
Millətin Səsi.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Biz gözləyirik ki, prezident və sədr Szinpinin yaxın bir neçə həftə ərzində danışmaq imkanı olacaq. Konkret vaxt deyə bilmərəm”, – Sallivan bildirib.
Onun sözlərinə görə, bu həftə sammitdə Çin əsas müzakirə mövzusu olacaq:
“Biz dünyanı rəqib bloklara bölmək və hər bir ölkəni seçim etməyə məcbur etmək niyyətində deyilik. Biz hamı üçün ədalətli olan bir sıra prinsipləri dəstəkləmək istəyirik. Və biz əmin olmaq istəyirik ki, bu qaydaların tətbiqinə görə Çini məsuliyyətə cəlb etmək üçün həmfikir tərəfdaşlarla işləyəcəyik”.