Baydendən Ukraynaya Rusiyanın gəmilərinə hücum etmək üçün PUA-lar istənildi…

“Bu PUA-lar Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın Qara dənizdə hərbi gəmilərini aşkar edib, onlara hücum etməyə imkan verəcək…”

 

ABŞ-ın həm respublikaçılar, həm də  demokratlardan ibarət senatorlar qrupu Bayden administrasiyasına Ukraynaya qabaqcıl MQ-2C və ya “Grey Eagle” pilotsuz uçuş aparatlarını tədarük etməmək qərarına yenidən baxmağa çağırış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

 

Bu PUA- lar Kiyevı öz ərazilərini qorumağa və döyüş meydanında uğurlar əldə etməyə kömək edəcək.

 

“Ukraynaya MQ-1C-nin verilməsinin uzunmüddətli faydası böyükdür və müharibənin strateji gedişini Ukraynanın xeyrinə dəyişə   bilər”, – amerikalı qanunvericilər qeyd edib.

 

Onların sözlərinə görə, “Grey Eagle”-nin istismar xüsusiyyəti Ukrayna hərbçiləri tərəfindən istifadə edilən mövcud silahları tamamlaya bilər.

 

Bundan başqa, konqresmenlər qrupu əmindir ki, “General Atomics” şirkətinin MQ-1C dronlarının ukraynalı əsgərlərin istifadə etməsi təlimi cəmi 27 gün çəkəcək. 

 

Belə pilotsuz uçuş aparatları Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın Qara dənizdə hərbi gəmilərini aşkar edib onlara hücum etməyə imkan verəcək.

 

Bu isə öz növbəsində Ukrayna iqtisadiyyatına təzyiqi zəiflətməyə və dünyada ərzağın qiymətini azaltmağa imkan verəcək.

Mənbə

Share: