“Baydenin ətrafında olanlar mənə elə baxırdılar ki, sanki həkim 4-cü mərhələ xərçəngi olan pasientə baxır…”

“Mən ilk dəfə idi ki, baş verəcək faciənin miqyasını anladım və emosiyalarıma hakim kəsilə bilmədim…”

 

“Ukrayna rəhbərliyində bəziləri hərbi müdaxiləyə inanmır, Putinlə Baydenin stavkanı artırmalarını düşünüb…”

 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə Amerika hakimiyyəti ukraynalılara fevralın 22-də xəbərdarlıq edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Ukrayna xarici işlər naziri Dmitri Kuleba bəyan edib.

 

O, deyib ki, həmin gün onu ABŞ prezidenti Co Bayden Ağ evdəki kabinetində qəbul edib.

 

“Prinsipcə, prezident Bayden başqa ölkələrin xarici işlər nazirlərini qəbul etməyə o qədər də meylli deyil. Siz heç vaxt bilmirsiniz ki, sizi haraya və hansı kabinetə aparacaqlar. Mənim belə tarixçəm olub. Yəni nədən Bayden mənimlə görüşmək qərarı verib? Ona görə yox ki, mən yaxşı oğlanam, o demək istəyib: “Dmıtro, salam”. Mən onun üçün Ukraynanın təmsilçisi idim, o ölkənin ki, onun dəstəyinə ehtiyacı var və bu ölkəyə obyektiv və səmimi olaraq laqeyd deyil. Mənim haqqımda ona ABŞ dövlət katibi Entoni Blinken, mənim həmkarım və dostum danışıb. O, prezidentə deyib ki, mən normal insanam, mənimlə görüşmək olar”, – Kuleba izah edib.

 

Ukraynalı diplomatın sözlərinə görə, Ağ evə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markova ilə gedib.

 

“Ağ evdən Oksanaya zəng vurub deyiblər: “Gəlin, nazirin prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşünü təşkil edəcəyik”.

 

Biz gəldik, otaqda gözlədik. Qapılar açılır və, necə deyərlər, “Baydenin daxili ətrafı” qarşımıza çıxır. Kimsə poqonlarda, ulduzları ilə, kimsə, sadəcə, kostyumda olub. Mən də dayanmışam. Onlar bir-birinin ardınca çıxaraq, mənə nəzər salır, sanki, mənimlə vidalaşırlar. Elə bil indicə həkilmlərin konsiliumu baş tutub və sizdə xərçəngin 4-cü mərhələsi aşkar edilib. Və hamı çıxaraq pasientə deyir: “Salam…eh…” Onların hər biri mənim əlimi sıxaraq dərindən nəfəs alıb gedib”, – Kuleba danışıb.

 

“Onlar Ukrayna barədə müşavirə keçirib. İlk olaraq Blinken çıxıb bunu bəyan etdi. Sonra başqaları da həmçinin. Və məni həqiqətən Oval kabinetə apardılar.

 

“Söhbət zamanı Blinken dedi ki, son kəşfiyyat məlumatlarına əsasən, tezliklə hər şey başlanacaq. Sonra məni başqa bir kabinetə apardılar, xəritədə hər şeyi göstərdilər….Məni sanki ildırım vurdu…Oranı tərk edən kimi prezidentə məruzə etdim”, – Kuleba deyib.

 

Kuleba deyib ki, Ukraynanın ali rəhbərliyində bəziləri hərbi müdaxilədən ayyarım öncə ona deyiblər: “Fikir vermə, bütün bunlar bizi parçalamaq üçündür, Putinlə Bayden bizi oynadır, əslində isə stavkaları artırırlar. Heç bir müharibə olmayacaq”.

 

Kuleba deyib ki, “belə nöqteyi-nəzər Ukrayna rəhbərliyinə çıxışı olan bəzi adamlarda olub”.

 

“Lakin nə prezident, nə onun Ofisinin rəhbəri, nə baş nazir, nə də mən xarici işlər naziri kimi belə düşünmürdük. İlk gündən prezident bütün məlumatlara maksimal dərəcədə ciddi yanaşıb.

 

Kuleba müharibənin ilk səhərinin onun üçün necə olması sualını da cavablandırıb.

 

Diplomat xatırlayıb ki, ABŞ prezidenti Co Baydenlə görüşdən sonra Nyu-Yorka yollanıb, fevralın 23-də BMT Baş Assambleyasda çıxış edib .

 

Onun sözlərinə görə, fevralın 23-dən 24-ə keçən gecə Ukrayna XİN rəhbəri Nyu-Yorkdan İstanbula, İstanbuldan Kiyevə uçmalı imiş.

 

“Təyyarəyə əyləşərkən, mən məlumat aldım ki, bu gecə Rusiya Ukraynaya hərbi müdaxilə edəcək. Mən “Nyu-York-İstanbul” reysilə uçan təyyarədə əyləşmişdim, ödəniş edib, “Wi-Fi”- ya qoşuldum. Belə məlumat gəldi ki, Borispolda hansısa təyyarə havaya qalxıb, lakin dərhal geriyə dönməli olub, çünki rusiyalılar səmanı bağlayıb…”- Kuleba xatırlayıb.

 

Diplomatın sözlərinə görə, o məqamda hər şeyi anlayıb və dərhal öz köməkçisinə “İstanbul-Kiyev” biletlərini “İstanbul-Varşava”ya dəyişməli olduğunu yazıb.

 

“Mən, adətən, uzaq məsafələrə uçuş zamanı təyyarədə yaxşı yatıram, kinoya baxmıram. Sadəcə, mürgüləyirəm. Amma bu dəfə bütün gecəni yatmadım. Səhər Avropa vaxtı ilə mən artıq İstanbula endim. İki və ya üç saatdan sonra Varşava reysinə əyləşdim…Mən uçuşda idim…Yeri gəlmişkən, ilk dəfə idi ki, mən göz yaşlarımı saxlaya bilmədim və bir az da hönkürdüm”, – Kuleba hisslərini bölüşüb.

 

Diplomat deyib ki, İstanbul-Varşava reysində bütün stüardessalar Ukayna bayrağında olub və “onun başına fırlanıb”, ona görə yox ki, o, nazirdir, ona görə ki, o, sadəcə, ukraynalıdır.

 

“Mən pəncərəyə tərəf boylandım, nəfəsim çatmırdı…Düzünü deyəcəyəm, bir-iki göz yaşım axmağa başladı. Bu, ilk məqam idi ki, mən faciənin miqyasını anlayırdım. Və ilk dəfə idi ki, mən emosiyalarıma hakim kəsilə bilmədim”, – Kuleba deyib.

Mənbə

Share: