Rusiyada Baykal gölündə şimal yarımkürəsinin ən iri neytrino teleskopu istifadəyə verilib.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, 2015-ci ildən tikintisi aparılan “Baikal-GVD” teleskopu neytrino adlanan xırda hissəciklərin kosmosdan Yerə daxil olmasını, formalaşmasını və mənbələrini araşdıracaq.
Bu cür neytrino teleskopları hazırda Aralıq dənizi, Çin, Yaponiya və Antarktidada fəaliyyət göstərir.
Ən böyük neytrino teleskopu Antarktidada yerləşir.