Polis əməkdaşları partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə tədbirlər keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən “Yeni il” ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 30-dək respublika ərazisində tədbirlər keçirilib. Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən ümumilikdə 31 min 400 ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.