Bayram günlərində paytaxtın mərkəzi küçələrində sıxlıq olacaqmı?

Bayram günlərində paytaxtın mərkəzi küçələrində sıxlıq olacaqmı?

Qarşıdan Novruz bayramı gəlir. Hazırda şəhərin mərkəz küçələrində mütəmadi olaraq sıxlıq müşahidə olunur. Bəs görəsən bayram günlərində paytaxtın mərkəzi küçələrində sıxlıq müşahidə ediləcəkmi? Bu sıxlığı aradan qaldırmaq üçün nə etmək lazımdır? 

 

Mövzu ilə bağlı Yol nəqliyyat eksperti Aslan Əhədov Moderator.az-a açıqlamasında bildirdi ki, bu yaxınlarda şəhərdə tıxacın çox müşahidə olunmasının səbəbi tədbirlərin daha çox olmasıdır:

“Çünki kifayət qədər dövlət tədbirləri var ki, əsasən şəhərin mərkəzi hissələrində keçirilir. Mərkəzi hissə də elədir ki, adi bir küçə 1 saatlıq bağlandısa, avtomatik olaraq zəncirvari bir-biri ilə əlaqələnir və bir saat bağlı olan yolda 3 saat tıxac olur. Şəhərdə infrastruktur yenilənməlidir, yeni tətbiqlər olunmalıdır. Yeni avtomobil yolları çəkilməli, investisya qoyulmalıdır. Bu investisya xüsusi çəkisi olmalıdır. Yəni şəhərdə əgər 100 min əhali yaşayırsa, 100 minə qarşı istər avtomobil yolunda, istər marşrutlarda tənzimləmələr bir-biri ilə əlaqəli olmalıdır. Bu əlaqələr yaranarsa, tıxac demək olar ki, azalacaq. Yox olmayacaqsa, o zaman tıxacın müəyyən narahatlıqları özünü göstərəcək.

Qarşıdan bayramlar gəlir. Artıq bayramlarda şəhər istirahət edir, dincəlir və mən düşünürəm ki, bu təxmini 10 günə yaxın davam edəcək”

 

 

 

 

“.

Mənbə

Share: