Həftəsonu tətilindən sonra bazar ertəsi günləri işə qayıtmaq hamımız üçün çox çətin bir vəziyyətdir.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, hətta bu vəziyyət o qədər yayılıb ki, adı belə var- bazar ertəsi sindromu. Bir neçə sadə məsləhətlərlə bu vəziyyəti aşaraq həftənin ilk gününü gümrah keçirə bilərsiniz.
Bazar ertəsi günü bütün işləri görməməyə çalışın. Təcili işlərdən başqa digər işləri həftənin başqa günlərinə saxlamanız sizi stresdən və həvəssizlikdən uzaq tutar.
Həftə sonunu əyləncəli və gözəl keçirmək sizi bazar ertəsi günündə işə daha həvəsli edər. Həftə sonu səyahətə çıxmaq, yeni yerlər kəşf etmək həftənin əvvəlində sizi daha enerjili edər.
Bazarertəsi günlərinə sizi dinamik saxlayacaq musiqilərlə başlaya bilərsiniz.
Həftə sonları sizi yormayan və asanlıqla həll edə biləcəyiniz işləri görmək həftə içi sizə zaman qazandıracaq və diqqətinizi daha əhəmiyyətli işlərə vermənizə kömək olacaq.
Həftənin hər günü eyni yuxu rejimini saxlamaq sizi sindromdan uzaq tutar. Həftə içi az yatıb, həftə sonu daha çox yatmaq bazar ertəsi günləri sizi stresə yönəldəcək.
Səhər duş qəbul etmək də bazar ertəsi gününə daha gümrah başlamanıza kömək edər. İlıq bir duşdan sonra soyuq su ilə yuyunmaq yuxunu qaçırır.