Dekabrın 6-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı bazarında 3 nəfərin ümumilikdə 520 manatının dələduzluq yolu ilə alınması barədə polisə məlumat daxil olub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Astara rayon sakini Rövşən Fətəliyev müəyyən olunaraq saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.
Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.