BDU-da “Code Academy” layihəsinin məzun günü keçirilib

Bakı Dövlət Universitetində (BDU) “Code For Future” layihəsi çərçivəsində icra olunan “Code Academy” layihəsinin növbəti məzun günü keçirilib. 

 

Bu barədə Moderator.az-a BDU-dan bildirilib.

 

Məzunları təbrik edən rektor Elçin Babayev bildirib ki, BDU-nun 5 əsas prioritetindən biri kompüter elmləri və riyaziyyatdır. Bunun bir neçə səbəbi var. BDU-nun çox güclü riyaziyyat məktəbi, tətbiqi riyaziyyat və kibernetika istiqamətində böyük uğurları var. Digər tərəfdən kompüter elmlərinin öyrənilməsi günün tələbidir. Lahiyədə iştirak məzunlara əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi yetişmək, uğurlu karyera qurmaq imkanı verəcək. 

 

“Code Academy”nin təsisçisi və direktoru Ülvi Aslanov Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstək verdiyi layihənin bir neçə universitetdə icra olunduğunu bldirib. O qeyd edib ki, indiyədək BDU-da 276 tələbə layihədən məzun olub. Onlardan 40-ı şəbəkə administratorluğu, 189-u proqramlaşdırma, 40-ı sistem administratorluğu, 7-si oyun proqramları üzrə biliklərə yiyələnib. 2022-2023-cü tədris ilinin payız semestrində isə 100 tələbə layihə üzrə məzun olub. 

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini Kamran Rəsulov isə məzunları təbrik edib, layihənin üstünlüklərindən danışıb. O, informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasının əmək bazarının tələbi olduğunu qeyd edib. 

 

Daha sonra layihə çərçivəsində tədrisi başa vuran BDU tələbələrinin hazırladıqları layihələrin təqdimatı keçirilib.

 

Tədbirin sonunda “Code Academy” layihəsinin məzunu olan BDU tələbələrinə sertifikatlar təqdim olunub.

Mənbə

Share: