Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Mart soyqırımı -105” adlı kitab sərgisi təşkil edib.
Moderator.az xəbər verir ki, sərgidə kitabxananın fondlarında mühafizə olunan “Azərbaycanlıların soyqırımı”, “Azərbaycanda böyük terrorun tarixi”, “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı”, “Erməni xəyanəti”, “Erməni yalanları və tarixi həqiqətlər” və s. kimi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətləri özündə əks etdirən, Azərbaycan, ingilis və rus dillərində 40-dək kitab nümayiş olunur.
Sərgi həftənin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.