BDU Elmi Kitabxanası növbəti kitab bağışlama aksiyası keçirib

BDU Elmi Kitabxanası növbəti kitab bağışlama aksiyası keçirib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) 690 nüsxə ədəbiyyat hədiyyə edib.

 

BDU-dan Moderator.az-a bildirilib ki, kitabxananın mübadilə-ehtiyat fondundan Nəsimi rayon MKS-in filiallarında daha çox ehtiyac duyulan elmi, bədii, tədris ədəbiyyatı seçilərək təhvil verilib. Hədiyyə olunan ədəbiyyatların içərisində BDU-nun mətbəəsində çap olunan “Bakı Universitetinin xəbərləri” jurnalının son illərdəki buraxılışları, ayrı-ayrı fakültələrin keçirdiyi konfransların materialları, həmçinin Universitetin professor-müəllim heyətinin müəllifi olduğu dərslik və dərs vəsaitləri də yer alıb.

 

Mənbə

Share: