BDU Elmi Şurasının növbəti iclası keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

Moderator.az xəbər verir ki, iclasda 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri müzakirə olunub. BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Apelyasiya Komissiyasının sədri Elşad Qurbanov, İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova sessiyanın nəticələri ilə bağlı məruzə ediblər. Bildirilib ki, qış imtahan sessiyasında ümumilikdə 24 mindən artıq təhsilalan iştirak edib. Bakalavriatura səviyyəsi üzrə 19 mindən çox, magistratura səviyyəsi üzrə 2100, Qazax filialı üzrə 1730, SABAH qrupları üzrə 860 nəfər imtahan verib. İmtahan sessiyası ərzində Apelyasiya Komissiyasına və “Qaynar xətt”ə daxil olan müraciətlər operativ qaydada araşdırılaraq cavablandırılıb. İmtahan qaydalarının pozulması halları ötən ilə nisbətən 43 faiz azalıb.

 

Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov 2023-cü ildə BDU-nun beynəlxalq əməkdaşlıq əlaqələri haqqında hesabat verib.

 

İclasda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar BDU-nun Tədbirlər Planı təsdiqlənib.

 

İclasda daha sonra cari məsələlərə baxılıb.

Mənbə

Share: